Litosfer – YENİLƏNMİŞ

Yerin və digər planetlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır.

1) İ. Kant, P. Laplas

Immanuel Kant (1724–1804) - The Dialogues - Medium

İ.Kant və P.S.Laplasa görə, Günəş sisteminin planetləri 4–5 milyard il əvvəl qızmar günəşəbənzər cismin parçalanmasından yaranmışdır. Onlar belə hesab edirdilər ki, Yer kürəsi əvvəlcə qızmar halda olmuş, onun üst hissəsi tədricən soyumuş, daxili hissələri isə ərinti şəklində qalmışdır. Onlar Yerdə baş verən müasir vulkanizm proseslərini bununla əlaqələndirirdilər. Bu fərziyyə Yer elmləri sistemində uzun müddət hökmranlıq etmişdir.

2) O.Şmidt və V.Fesenkov

Image result for otto smitdImage result for Fesenkov                 Onların fərziyyəsinə görə, Günəş sisteminə daxil olan planetlər təqribən 6-7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq diskşəkilli kosmik buluddan yaranmışdır. Buludun sıxılması nəticəsində kiçik kosmik qaz və toz hissəciklərinin hərəkətindən əvvəlcə çoxsaylı asteroidlər meydana gəlmiş, sonra asteroidlər də birləşərək ilkin soyuq Yer və digər planetləri yaratmışdır. Beləliklə, Yer heç zaman tam ərimə mərhələsini keçməmişdir.

3) Big-Bang nəzəriyyəsi

Bu nəzəriyyəyə görə Kainat 13,8 milyard il bundan öncə yaranmışdır. Bu zaman bütün materiya sonsuz sıxlığa və temperatura malik vahid nöqtədə idi. Buna “sinqulyarlıq” deyilir. Sonra onun partlaması ilə bütün kainat yaranmışdır. Kainat bu partlayışın təsirindən genişlənir və genişlənməsi də artır. Bu nəzəriyyənin müasir dövrdə ən böyük müdafiəçisi Stefan Hovkinqdir.

big-bang

bing

Qara dəliklər

Image result for qara dəliklər

Qara dəliklər nəzəriyyəsini ilk dəfə 1967-ci ildə Con Uiler işləmişdir.  Hər hansı nəhəng ulduz sıxılan zaman onun qravitasiyası o qədər güclü olur ki, hətta işıq belə ondan uzaqlaşa bilmir. Böyük qravitasiyaya malik olan bu sahə “Qara dəlik” adlanır. Bu fərziyyələrə görə, Qara dəliklər böyük qravitasiya nəticəsində ulduz və səma cisimlərini “udur”.

Yerin planetar inkişaf mərhələsi- Pantallasın yaranmasına qədər olan dövrdür. (6-7 milyard il əvvəl başlamış, 2-2,5 milyard il bundan öncəyə qədər davam etmişdir)

Yerin geoloji inkişaf mərhələsi –  İlkin okeanın yaranmasından müasir dövrə qədər olan mərhələ (4-4,5 milyar il davam edir)

Yer bir planet kimi yarandıqca hərəkət etməyə başlamış, ağır maddələr (dəmir, nikel, uran, torium) mərkəzə, nisbətən yüngül maddələr isə mantiyada toplanmışdır.

Yer təbəqələrinin əmələ gəlməsi ardıcıllığı:

Nüvə – Mantiya – Atmosfer – Hidrosfer – Litosfer – Bisofer.

Yerdə ilkin Okean Pantallas, ilkin super materik isə Pangeya adlanır.

Image result for pangeya

Sonradan Paleozoy erasında Pantallasın parçalanması nəticəsində 4 okean yarandı. (Şimal Buzlu və Sakit okean daha qədim okean hesab olunur)  Pangeya isə, 2 yerə bölündü.

1- Lavraziya qurusu – Şimali Amerika və Avrasiya. Sahil xətləri çox parçalanıb.

2- Hondvana qurusu – Cənubi Amerika, Afrika, Avstraliya, Antraktida . Sahil xətləri zəif parçalanıb.

Qeyd: Ərəbistan və Hindistan da Qondvanaya aiddir.

Yerin geoloji inkişafını, süxurların yaşını təyin etmək üçün iki yol vardır:

Nisbi yaş- yatım ardıcıllığına görə süxurların yaşı təyin olunur.

Mütləq yaş– radioaktiv maddələrin( uran, radium, torium) parçalanma dövrünə görə təyin olunur. Məsələn 74 mln il ərzində 100 qram uran helium və qurğuşuna parçalanır. Helium uçur, lakin qurğuşun qalır.

Yerin daxili qurluşu

Litosfer - Vikipediyanuve

Yerin daxili qurluşunu Geologiya elmi öyrənir. Yerin üst qatı Yer qabığı, altındakı qat mantiya, mərkəzi qat isə nüvə adlanır.

Nüvə – Müasir təsəvvürlərə görə, Yerin mərkəzində nüvə yerləşir. O, dəmir və nikeldən təşkil olunmuşdur. Alimlərin fikrincə, orada temperatur 3500–5000°C-yə çatır. Bu, Günəşin səthində olan istiliyə yaxındır. Qalınlığı 3500 km-dir.

Mantiya (yunan dilində “mantiya” – “örtük, manto” deməkdir) qatı ilə əhatə olunmuşdur. Orada maddələrin temperaturu 1000–2500°C arasında dəyişir. Mantiya, əsasən, ərimiş, lakin yüksək təzyiq nəticəsində sıxılmış (kipləşmiş) maddədən ibarətdir. Qalınlığı 2900 km-dir.

Mantiyanı Yer qabığı əhatə edir. Yer qabığı bərk süxurlardan ibarətdir. Əgər Yer kürəsini alma boyda təsəvvür etsək, Yer qabığı almanın qabığından da nazik olardı.
Materik və okeanlarda Yer qabığının qalınlığı eyni deyil; məsələn, dünyanın ən hündür Himalay dağlarının altında onun qalınlığı 70–90 km-ə çatır. Sakit okeanda dünyanın ən dərin Marian çökəkliyinin altında isə Yer qabığının qalınlığı 1–5 км-dir.
Yer qabığı mantiyanın üst hissəsi ilə çox sıx əlaqədədir. Alimlər Yеr qabığını üst mantiya ilə birlikdə litosfer adlandırırlar. Bu, yunanca “litos” – daş, “sfera” isə qat deməkdir.

Yer qabığı çökmə, Qranit,  bazalt qatlarından ibarətdir:

Okeanlarda qranit qat yoxdur. Adaların materik mənşəli olmasını sübüt edən əsas amilllərdən biri qranit qatın olmasıdır.

Sərhədlər

Konrad sərhəddi – Yer qabığına aid qatdır. Qranit və bazalt qatları arasında sərhəddır. Yalnız Materik tipli yer qabığında mövcuddur. Çünki okean tipli yer qabığında qranit qat olmur.

Benyof sərhəddi – Astonosferlə üst mantiya arasında olan sərhəddir.

Moxoroviç sərhəddi – yer qabığı ilə üst mantiya arasında olan sərhəddir. Və ya bazalt qat ilə üst manityanı ayırır.

Astenosfer – Litosferin altında, alt mantiyanın üstündə yerləşir. Litosfer məhz bu qatın üstündə hərəkət edir.

Tektonosfer – litosfer və astenosfer birlikdə tektonosfer adlanır. Tektonik hərəkətlər bu qatda baş veirir.

GEOXRONOLOJİ CƏDVƏL

arxey

Arxey və proterozoy erasında baş verən hadisələr –  Qədim qırışıqlığın davam etməsi. Yosunların, bakteriyaların inkişafı təktək onurğasızların əmələ gəlməsi. Qədim qırışıqlıqların və güclü vulkanizmin başlaması. Bakteriyaların, ibtidai təkhüceyrəlilərin yaranmasi.

Paleozoy erasında baş verən hadisələr – Pangeyanın Lavrasiya və Qondvana qurularına parçalanması. Hersin və Kaledon qırışıqlıqlarının baş verməsi. Vahid Pantalas okeanının sahəsinin transqressiya və reqressiya nəticəsində artması və azalması. İynəyarpaqlıların, çılpaqtoxumlu bitkilərin və ayıdöşəyilərın yaranması. Suda-quruda yaşayanların, okeanda ilk balıqların, quruda ilk bitkilərın və onurğasızların yaranması.

Meozoy erasında baş verən hadisələr – Lavrasiya və Qondvananın parçalanaraq müasir materikləri əmələ gətirməsi. Pantalasın müasir okeanlara bölünməsi. Örtülütoxumlu bitkilərin, məməlilərin və quşların yaranması. Qədim sürünənlərin yayılması və dinozavrların nəslinin kəsilməsi.

Kaynazoy erasında baş verən hadisələr – Dördüncü dövr buzlaşması və müasir relyefin yaranması. Alp qırışıqlığının başlanması və cavan dağların yaranması. Tetis okeanının parçalanması ilə Aralıq, Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması. Müasir landşaftların yaranması, ilk insanların və insanabənzər meymunların əmələ gəlməsi, Tyan-Şan, Altay, Sayan dağları yenidən fəallaşmışdır.

pal dagmezoo

kayno

Süxurlar

suxur

maqmatik

meto

                                   GEOSİNKLİNAL

Geosinklinal ərazi yer kürəsinin ən mütəhərrik, hərəkətdə olan, seysmik proseslərlə müşahidə olunan əraziləridir. Aşağıdakı geosinklinal ərazi vardır.

1- And- Kordilyer geosinklinalı

2- Alp- Himalay geosinklinalı

3- Sakit- Okean odlu qovsü

4- Orta okean silsilələri, rift dərələri.

Belə ərazilərdə zəlzələ, vulkan, qeyzerlər olur. Geosinklinalda olan ölkələr: Kanadanın qərbi, ABŞ-ın qərbi, Meksika, Peru, Çili,  Portuqaliya, İspaniya, İtaliya, Gurcustan,Ermənistan, Azərbaycan,  Yunanıstan . Qeyzerlərin çox olduğu ölkələr. ABŞ, Meksika, Rusiya, İndoneziya, Filippin, İslandiya və s.

QEYD : Bütün cavan dağlar bu zonalarda olur.

geo

Meksika yaylası, İran yaylası, Tibet yaylası, Anadolu yaylası, Kür – Araz ovalığı, Lənkəran ovalığı,  Padan ovalığı (İtaliya), Kolxida ovalığı  (Gürcüstan), Kolorodo, Böyük Hövzə.  Geosonklinal zonalarda yüksək ərazilər antiklinal (dağlara uyğun gəlir), enən hissələr isə sinklinal (çökəkliklərə uyğun gəlir) adlanır.

Geosinklinalların inkişaf mərhələləri

Geosinklinallar Yerin geoloji inkişafının son və müasir mərhələsində – Kaynozoy erasında formalaşmışdır. Geosinklinalın inkişafında 4 mərhələ ayrılır:

Birinci mərhələdə Yer qabığının böyük bir hissəsi enməyə başlayır. Burada dəniz hövzəsi yaranır, onun dibində qalın çökmə süxurlar toplanır.Yer qabığında təzyiq və temperaturun artması bu süxurların qismən metamorfizləşməsınə səbəb olur.

İkinci mərhələdə Yer qabığının enməsi davam edir, lakin ayrı-ayrı  hissələrdə qalxma baş verir. Çökmə süxurların toplanması ilə yanaşı vulkanizm fəaliyyəti də artır. Bu mərhələ çökmə süxur qatlarının parçalanması, çoxlu sayda enmə (sinklinal) və qalxmaların (antiklinal) yaranması ilə nəticələnir.

Üçüncü mərhələdə Yer qabığının enməsi dağəmələgəlmə prosesləri ilə əvəz olunur. Sadə qırışıqlıqların, yəni sinklinal və antiklinalların birləşməsi nəticəsində iri dağ sistemləri əmələ gəlir.

Dördüncü mərhələdə  daxili proseslər zəifləyir, xarici proseslərin təsiri ilə dağlar milyon illər ərzində tədricən dağılaraq düzənliklərə çevrilir. Geosinklinalın inkişafının bu mərhələsinə platforma mərhələsi deyilir. Müasir geosinklinal vilayətlər litosfer tavalarının sərhəd zonalarında yerləşir, çavan dağlara və seysmik ərazilərə uyğun gəlir. Bu vilayətlər geosinklinalın inkişafının 3-cü mərhələsindədir, yəni burada fəal dağəmələgəlmə prosesləri gedir və bu proseslər özünü zəlzələ və vulkanizm hadisələrində göstərir. Qədim dağlar isə geosinklinalın son inkişaf mərhələsindədir.

PLATFORMA

 Platforma yer kürəsinin sabit, hərəkətsiz, qalın, heç bir seysmik hadisələrin olmadığı ərazilərdir. Geosinklinal və dağlıq əraziləri çixmaqla yer kürəsinin bütün qalan əraziləri platformadır.

Qədim platforma – Arxey və Proterozoy eralarında yaranıb. Şimali Amerika, Cənubi Amerika, Afrika, Antraktida, Avstraliya, Avrasiyaya daxil olan platformalar (Şərqi Avropa, Sibir, Çin- Koreya, Ərəbistan, Hindistan )

Cavan Platforma – Paleozoy erasında yaranıb.  Turan (Özbəkistan, Turkmənistan), Qərbi Sibir, Ön Qafqaz, Qərbi Avropa- Almaniya-Polşa ovalığı.

cavan

Platformaların əlamətləri: Bünövrəsi kristallik süxurlardan təşkil olunmuşdur, sabitdir, səthi əsasən çökmə süxurlarla örtülüb.

Platformalar 2 hissədən ibarətdir:

1- Kristallik bünövrә – platformanın alt mәrtәbәsidir. O, maqmatik vә metamorfik süxurlardan ibarәt olur. Qәdim, tamamilә aşınmış dağların bünövrәsinә aid olan süxurlar qırışıq, yatım formasına malikdirlәr. Burada filiz faydalı qazıntılar mövcuddur. Platformanın tәrkib hissәlәri Sipәr (qalxan). Platformaların nisbә- tәn yuxarı qaldırılmış sahәlәrindә üst çökmә süxur qatı olmur vә burada kristallik bünövrә Yer sәthinә çıxır. Belә sahәlәr sipәr (qalxan) adlanır. Sipәrlәrdә filiz faydalı qazıntılar sәthә yaxın olduğuna görә, onları çıxarmaq daha asan başa gәlir.                       

2- Çökmə qat. Platforma örtüyü, onun üst mәrtәbәsidir. Çökmə süxurlardan ibarәt olur. Süxurlar, әsasәn, üfüqi lay şәklindә yatırlar. Burada çökmә mәnşәli faydalı qazıntılar mövcuddur (neft, tәbii qaz, daş kömür vә s.).

Platformalar da yüksələn və enən hissələr vardır. Bu yüksələn hissələrə antekliz, çökən hissələrə sinekliz, deyilir.

Bundan başqa platformalarda Horst və Qraben deyilən relyef formalarınada rast gəlinir. Horst – şaquli qırılma(şaquli struktur), Qraben – üfuqi struktur adlanır. Qrabenlər bir qayda olaraq çökək relyef formalarıdır, su ilə dolaraq qraben mənşəli göllər əmələ gətirir. Məs. Baykal, Balxaş, Tanqanika, Nyasa və s. Bu göllərin çoxu Şərqi Afrika qırılma zonasındadır.

Platformanın qalxan hissələri çökmə qatın çox az olduğu və ya olmadığı, kristallik qatın yer səthinə yaxın yerləşdiyi ərazilərdir. Belə ərazilər əsasən Yaylalara uyğun gəlir. Məsələn :Braziliya yaylası, Labrador (Kanada), Avstraliya yaylası, Orta Sibir, Dekan yaylası və s. Belə ərazilər filiz faydalı qazıntılarla bol olur. Sinekliz – platformanın enən hissələrinə, Antekliz–Qalxan hissələrinə deyilir. Horst – platformanın qırılıb qalxan, Qraben isə – qırılıb enən hissələrinə deyilir. Belə enən ərazilərdə su dolub göllər əmələ gəlir. Məsələn Baykal (Rusiya), Balxaş (Qazaxıstan), Tanqanika (Afrika), Nyasa (Afrika).

Horst – qırılmanın mərkəzi hissəsinin qalxması nəticəsində yaranan qabarıq formadır. Horstlar rift dərələrinin kənarları boyunca simmetrik yerləşir. Şərqi Afrika sınma zolağı Qırmızı dənizdən başlayaraq cənub istiqamətdə 3000 km uzanır. Afrikada yerləşən Ruvenzori horstu diqqəti cəlb edir.

Qraben – İki tektonik qırılmanın arasındakı hissəsinin enməsi nəticəsində formalaşmış mənfi strukturdur. Qrabenin mərkəzi enmə hissəsi həm də rift dәrәlәri adlanır. Yüz və min kilometrlər uzanan rift dərələri rift zonalarını əmələ gətirir.

horst

Antiklinal – Yer qabığında süxurların qabarıq yatım forması, yəni qıvrımlı strukturların yüksəkdə qalan hissəsi.

Sinkinal- Dağ süxurlarında qatların aşağı əyilərək çökəklik yaradan qırışıqlıq.

anti

Litosfer tavaları

Yer qabığı üst mantiya ilə birlikdə bərk təbəqə olan litosferi əmələ gətirir. Bu təbəqə litosfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Onlar litosferin geniş ərazilərini əhatə edən hissələridir. Litosfer tavalarının qalınlığı 50-200 km arasında olur, üst mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində üfüqi istiqamətdə “sürüşür”. Mantiyanın üst hissəsində maddələrin yerdəyişməsindən əmələ gələn qüvvə litosfer tavalarının hərəkətinə səbəb olur. Mantiyadan Yer səthinə doğru qalxan güclü maqma axını litosfer tavalarını hərəkət etməyə məcbur edir. Yer səthində relyefin formalaşması, materiklərin yerdəyişməsi və formasının dəyişməsi litosfer tavalarının hərəkəti ilə bağlıdır.

Sərhədlərinin keçməsindən asılı olaraq materik və okean tipli litosfer tavaları ayrılır. Əhatə etdiyi əraziyə görə litosfer bir neçə iri tavaya bölünür. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit okean Yer üzərində ayrılan əsas litosfer tavalarıdır. Yerdə bir neçə kiçik litosfer tavaları da ayrılır (Filippin, Karib, Ərəbistan, Kokos və Naska). Sakit okean yalnız okean yer qabığına, digər əsas litosfer tavaları həm materik, həm okean yer qabığına malikdir.

 Toqquşma və ayrılma zonaları

Konvergent  zona: litosfer tavalarının toqquşma zonalarına deyilir. Bu zaman iki hal ola bilər.

1- Materik və okean litosfer tavaları toqquşur. Bu zaman materik sahilində sıra dağlar, okean novları və adalar qövsü əmələ gəlir. Məsələn. Sakit okean litosfer tavası ilə Şimali Amerika litosfer tavası toqquşan zonada Kordilyer dağları əmələ gəlib. Aleut, Kuril, Filippin, Yapon, Rükü, Yeni Zellandiya adaları isə Sakit okean odlu qovsündə yaranan adalardır. Bütün bu adalar vulkanik mənşəli adalardır. And dağları isə Naska tavası ilə Cənubi Amerika tavasının toqquşma zonasında əmələ gəlmişdir. Materik və okean litosfer tavasının toqquşma zonasında Aleut, Peru, Kuril- Kamçatka, Filippin, Çili novları yerləşir.

2- Materik və materik tavaları toqquşur. Nəhəng qırışıq dağlar yaranır. Bu dağlar cavan dağlardır. Alp – Himalay zonasında olan dağlar. Alp, Qafqaz, Karpat, Pamir, Himalay, Qaraqorum, Atlas, Pont, Tavr, Zaqros  və s.

Divergent  zona. Bu zonalar litosfer tavalarının ayrılma zonalarıdır. Bu hissələrdə orta okean dağ silsilələri yerəşirki bunlarda bəzən okean səthindən yuxarı qalxaraq vulkanik adaları yaradır. Məsələn İslandiya, Azor, Müqəddəs Yelena, Qalapaqos, Pasxa və s.

divergent

Qurudaki divergent zonalar

tava

Şərqi Afrikada ölü dənizdən Zambezi çayınadək nəhəg Şərqi Afrika sinma zolağı vardır. Bu zonada textonik çatlar boyunca Qraben mənşəli göllər yaranıb. Tanqanika, Nyasa, Rudolf və s. Bundan başqa Asiyada olan Baykal, Qazaxistanda Balxaşda qraben mənşəli göllərdir. Belə göllər uzun və dərin olur.

Faydalı qazıntılar

İnsanların istifadə etdiyi yeraltı sərvətlər faydalı qazıntılar və ya mineral ehtiyatlar adlanır. Mənşəyinə görə mineral ehtiyatlar üç yerə bölünür:

Filiz faydalı qazıntılar – maqmatik mənşəlidir. Onlar Yerin dərin qatlarında yaranan ağır, bərk – intruziv süxurlarda əmələ gəlir. Filiz faydalı qazıntılara daha çox dağlarda və denudasion düzənliklərdə rast gəlinir. Zəngin dəmir filiz yataqları Ural, Skandinaviya dağlarında, Braziliya, Qərbi Avstraliya və Dekan yaylalarında yayılmışdır. Alüminiuma boksit, alunit və nefelin kimi mineralların tərkibində rast gəlinir. Ən iri alüminium xammalı yataqları Braziliya, Böyük Çin, Şimali Avstraliya, Qviana düzənliklərindədir. Mis yataqları isə And dağlan və Mərkəzi Afrikada daha çoxdur. Cənub Şərqi Asiya qalay və volfram, CAR (Cənubi Afrika Respublikası) və ABŞ isə qızıl yataqları ilə seçilir.

Qeyri-filiz faydalı qazıntılar – Yer qabığında daha geniş yayılmışdır. Şimali Afrika, Florida, Şərqi Avropa və Böyük Çin apatit və fosforit yataqları ilə zəngindir.

Yanar faydalı qazıntılar – çökmə mənşəlidir. Ovalıq və şelf zonalarında daha çox rast gəlinir. Neft və təbii qazın ən mühüm yataqları İran körfəzi, Qərbi Sibir, Şimal dənizi, Xəzər dənizi, Qvineya körfəzi , Meksika körfəzi və s.-dir.

Daş kömürün əsas yataqlan Appalaç, Şərqi Avropa düzənliyi, Dekan, Orta Sibir yaylasında, Cənubi Afrikada, Şərqi Avstraliyada və Böyük Çin düzənliyindədir.

Yanacaq növləri istilikvermə qabiliyyətinə görə fərqlənir. Onları müqa- yisə etmək üçün 1 kq daş kömür yandırılarkən verdiyi 7000 kkal istilik şərti yanacaq vahidi kimi qəbul olunur (kömürün şərti yanacaq əmsalı 1,0-dır). Eyni miqdarda neftin istilikvermə qabiliyyəti 10 500 kkal (1,5), təbii qazın 9800 kkal (1,4), torfun 3500 kkal (0,5), quru odunun 2800 kkal (0,4) və yanar şistin 2100 kkal-dir (0,3).

faydali

Terminlər:

Krater– vulkan konusunun zirvəsindəki qıfşəkilli çökəklik.

Qalxan(sipər)- platformalarda kristallik süxurların yer səthinə çıxdığı hissələr.

Geosinklinal– yer qabığının ən çox hərəkətdə olan mütəhərrik hissələri

Denudasiya– süxurların parçalanması və alçaq sahələrə aparılması

Episentr- yer səthində təkanların ən güclü müşahidə edildiyi sahə

Akkumlyasiya– Axar sular, küləklər, buzlaqlar vasitləsi ilə süxurların toplanması.

İnturziv süxur– yer səthinin daxilində müəyyən dərinlikdə qalıb yaranan süxur: qranit, qabro

Effuziv süxur– səthə çıxan süxurlara deyilir: bazalt, tuf, pemza, vulkan külü və s

Divergent zona– tavaların ayrıldığı zona. İslandiya, Azor, Müqəddəs Yelan, Havay və s.adaları

Konvergent zona– tavaların toqquşduğu zona. Yapon, Kuril, Filippin, Aleut və s adalar

Abraziya– su hövzələri sahillərində dalğaların dağıdıcı fəaliyyəti

Eroziya– süxurların bitki kökləri vasitəsi ilə parçalanması

Aşırım– sıra dağların yalındakı keçid üçün əlverişli olan çökəklik

Pik– şiş uclu zirvə

Deflyasiya– küləyin gördüyü iş

Karst– yeraltı suların fəaliyyəti ilə yaranan mağaralara deyilir.

Dağ qovşaqları– sıra dağların kəsişməsi

Yarğan– müvəqqəti axarların vasitəsi ilə yaranır.. İsti, meyilli və asan yuyulan süxurların olduğu yerlərdə tez-tez olur

Qobu -yarğanın son mərhələsidir.

Allüvual düzənlik– çay çöküntülülərinin toplanmasından yaranan düzənlikdir. Ovalıqlara uyğun gəlir

Fiziki aşınma– isti yerlərdə süxurların gündüz istidən genişlənməsi, gecə isə soyuqdan sıxılması nəticəsində parçalanmasına deyilir.

Kimyəvi aşınma- sulu yerlərdə olan aşınma növüdür.

Arid-denudasiyon relyef– quru və isti iqlim şəraitində yaranan, kəskin parçalanmış relyefdir.

Hiposentr– zəlzələ ocağı

Rift dərəsi– Orta okean dağlarının mərkəz hissələrində olan dərələrdir.

26. Atoll- Okean və dənizlərdə mərcan polipilərinin yaratdığı aypara şəkilli adalardır.

Hazırladı: Osman Eminov

Facebookda “Coğrafiyanı xəritədən öyrən” qrupuna üzv olun, yeni məlumatlar və xəritələrlə tanış olun

Bir şərh yazın