Əhali pramidaları – YENİ

Kənarları içəriyə doğru əyilən yaş pramıdası

nigeriya

Əhali pramidalarına baxarkən ilk növbədə aşağı və yuxarı yaş qruplarına baxmaq lazımdır, bu pramidanın aşağı hissəsi geniş, üst hissəsi isə şiş formasındadır. Bu o deməkdir ki, doğum və ölüm halları yüksəkdir. Bu pramida, çox kasıb ölkələrə aiddir, məsələn: Somali, Amazon və Konqo meşələrində yaşayan qəbilələr aiddir.

Üçbucaq formasında olan pramida

bang

Bu yaş pramidasında doğum yüksək, səhiyyənin inkişafı ilə ölümlərin azaldığını görə bilərik, Efiopiya, Nigeriya və Latın Amerikasında demoqrafik keçidin II mərhələsində olan ölkələrə aiddir (Boliviya, Paraquvay, Beliz, Qvatemala, Honduras, və s)

Arı pətəyi formasında olan pramida

belcika

Bu pramida aşağı doğum və aşağı ölümün olduğu ölkələrə aiddir, aşağı yaş qruplarının çox az olması doğumun xeyli az, yuxarı yaş qruplarında isə ölüm hallarının az olduğu Danimarka, İsveç, Belçika, İngiltərə, Almaniya və s kimi demoqrafik keçidin IV mərhələsində olan ölkələrə aiddir

Zəng formasında olan yaş pramidası

İEO ehali

Bu pramida dan aydın görünür ki, əvvəllər təbii artım az olmuşdusa da, sonrada aparılan demoqrafik siyasət nəticəsində təbii artım artmağa nail olmuşlar, Kanada və ABŞ kimi ölkələr misal ola bilər.

Asimmetrik formada yaş pramidası

eehali

Bu yaş pramidası o ölkələrə aiddir ki, əvvəllər orada təbii artım çox olmuş, sonrada demoqrafik siyasət nəticəsində azaldılmağa nail olmuşlar. Yaponiya, Koreya, Çin kimi ölkələrə aid ola bilər.

Məsələ: 1

Azərbaycanda 2010-cu il üçün tərtib edilmiş cins-yaş piramidasına əsasən həqiqi hərbi xidmətə toplanması problemi neçənci illərə təsadüf etmişdir?

az ehali

İzahı: Həqiqi hərbi xidmət 18 yaşdan başlanır. Cins-yaş piramidasında ən az yaş qrupu 30-34 yaş arasıdır. Bu şəxslər nə vaxtsa əsgərlik yaşında olanda sayları az olduqları üçün problem yaranıb. Həmin illəri müəyyən edək.

34 – 18= 16

30 – 18=12

2010 – 16= 1994

2010 – 12= 1998

Cavab: 1994 – 1998

Məsələ 2. 

2005-ci il üçün tərtib olunmuş cins-yaş piramidasına əsasən, demoqrafik böhranın neçənci illərdə baş verdiyini müəyyən edin.

dunya ehaliii

İzahı: Cins-yaş piramidasında ən az yaş qrupu 15- 19 yaş arası qrupdur. Bu yaş qrupu anadan olan illərdə demoqrafik böhran yaşanıb.

2005 – 19 = 1986

2005 – 15 = 1990

Cavab: 1986- 1990

Məsələ: 3

2010-cu il üçün tərtib edilmiş əhalinin cins-yaş piramidasına əsasən, yerli əmək ehtiyatları hesabına toxuculuq sənayesini inkişaf etdirmək imkanı neçənci illərdə məhdudlaşacaq?

toxu

İzahı: Əmək qabiliyyətli əhali 16 yaşdan başlanılır. Əhalinin cins-yaş piramidasında ən az yaş qrupu 0 – 4 yaş qrupudur. 2010-cu ildə 0 və 4 yaşı olan əhali neçə ildən sonra 16 yaşa çatacaq? Bu zaman bu yaş qrupu az olduğu üçün toxuculuq sənayesinin inkişaf etdirilməsində problem yaranacaq.

16 – 4 = 12

16 – 0 =16

0 yaş qrupu 16 ildən sonra, 4 yaş qrupu isə 12 ildən sonra 16 yaşa çatacaq.

2010 + 12 = 2022

2010 + 16 + 2026

Cavab: 2022 – 2026

Hazırladı: Osman Eminov  (əlaqə üçün nömrə: 055 534 81 70)

“Coğrafiyanı xəritədən öyrən qrupuna üzv olun”

Bir şərh yazın