Günəşin düşmə bucağı məsələlərinin izahı

Məsələ-1

Günəş 10° şm.e-də zenitdə olarsa, 15°c.e-nə qədər düşər?

10°şm.e ilə 15°c.e arasında 25° fərq var, və yaxud da günəşin düşmə bucaqları arasında fərq 25°-dir, əgər 10° şm.e-nə 90° düşürsə, 15°-nə 90°-25°=65° bucaqla düşəcək

Cavab: 65°

Məsələ-2

Günəş 20°c.e-də zenitdə olarsa, 10°c.e-nə nə qədər bucaqla düşər?

20°c.e ilə 10°c.e arasında 10° fərq var, yəni 10°c.e-nə günəş 20°c.e-nə nəzərən 10°az düşür

90°-10°=80°

Cavab: 80°

Məsələ- 3

Günəş 15° şimal enliyində zenitdə olarsa, hansı enliklərə 40° bucaqla düşər?

Günəş 15° şimal enliyinə 90° bucaqla düşür, 40° o enliklərə düşür ki, 15°şimal enliyi ilə aralarında 50° fərq var (düşmə bucağı fərqini tapırıq 90-40)

Həmin məntəqə 15°şm.e-dən 50° şimalda və 50° cənubda yerləşir

Cavab: 35° və 65°şm.e

Məsələ- 4

Günəş 7° cənub enliyində zenitdə olarsa, hansı enliklərə 34° bucaqla düşər?

Eyni qayda ilə bucaq fərqini tapırıq, 90°-34°=56°

Həmin məntəqə 7°ce.-dən 56° şimalda və cənubda yerləşir

Cavab: 49°şm.e və 63°c.e

Məsələ- 5

55°şimal enliyinə günəşin düşmə bucağı 30° olarsa, günəş hansı enlikdə zenitdə olar?

Günəşin zenitdə olduğu enliyə 90° bucaqla düşür, bucaq fərqini tapaq:

90°-30°=60°

55°şm.e ilə günəşin zenitdə olduğu enlik arasında 60° fərq var, həmin enlik 55°şimal enliyindən 60° cənubda yerləşir

Cavab: 5°c.e

Məsələ-6

60°c.e-nə günəşin düşmə bucağı 28° olarsa, günəş hansı enlikdə zenitdə olar?

Eyni qayda ilə bucaq fərqini tapaq:

90°-28°=62°

Günəşin zenitdə olduğu enlik 60°c.e-dən 62° şimalda yerləşir

Cavab: 2°şm.e

Məsələ- 7

Günəş hansı enlikdə zenitdə olarsa, 20° c.e və 6°c.e-nə eyni bucaq altında düşər?

Günəşin bu iki enliyə eyni bucaqla düşməsi üşün 20°c.e ilə 6°c.e arasında olmalıdır, eyni enlikdə olduqları üçün ədədi orta tapırıq:

20c.e+6°c.e=26°

26°/2=13°c.e

Cavab: 13°c.e

Məsələ- 8

Günəş hansı enlikdə zenitdə olarsa, 10°şimal enliyi ilə 8°cənub enliyinə eyni bucaqla düşər?

Günəş 10°şm.e ilə 8°c.e arasında olmalıdır, müxtəlif yarımkürələrdə olduqları üçün 10°şm.e-8°c.e=2°

2/2=1°şm.e

Cavab: 1°şm.e

Məsələ- 9

60° şm.e-də yerləşən dağın cənub istiqamətə meyilliyi 24°- dir. 22 iyun günündə bu yamacda Günəş şüalarının düşmə bucağını hesablayın.

60°şm.e üçün günəş bütün il boyu cənubdan düşür, dağın meylliyi cənubadırsa, demək günəşə tərəfdir, yəni tropikə 24° yaxındır

60°-24°=36°

36° şm.e-nə 22 iyun günü günəş nə qədər bucaqla düşər?

Günəş 22 iyunda 23,5°şimal tropikində zenitdə olur, 36°şm.e -23,5°şm.e=12,5°

Əgər şimal tropikinə 90° düşürsə, ondan 12,5° şimalda olan enliyə 90°-12,5°=77,5° bucaqla düşər

Cavab: 77,5

Məsələ- 10

Şimal yarımkürəsində tropiklər arasında yerləşən bir məntəqəyə günəşin maksimum və minium düşmə bucaqları arasında fərq 38,5° olarsa, bu enliyi tapın:

A) 15° şm.e

B) 10° c.e

C) 15°c.e

D) 20° şm.e

E) 51,1° şm.e

İzahı: tropiklər arasında yerləşən məntəqəyə günəşin maksimum düşmə bucağı 90°-dir, minimum düşmə bucağını asanlıqla tapmaq olar:

38,5=90-x

x=51,5°

minimum düşmə bucağına əsasən məntəqənin enliyini tapaq:

Hmin=90-enlik-23,5

51,5=90-enlik-23,5

Enlik=15°şm.e

Məsələ -11

Günəş B məntəqəsində zenitdə olarsa, A nöqtəsinə günəş

şualarının düşmə bucağını tapın:

İzahı: 20°c.e-ə 90° düşür, B ilə A arasında 70° fərq varsa, demək A məntəqəsinə 90-70=20° düşər

Cavab: A

Məsələ -12

35° şimal enliyində yerləşən düzənliyin şimal istiqamətdə meyilliliyi 6° yamacında günorta günəş şüalarının düşmə bucağı 54° olduğunu nəzərə alaraq, 22° cənub enliyində yerləşən dağın cənub istiqamətdə meyilliliyi 11° hissəsinə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın.

İzah: 35° şimal enliyində olan və meylliyi 6° şimala olan bir məntəqəyə  günəşin düşmə bucağı 54°-dir, müəyyən edək ki, bu məntəqənin meylli olmayan cənubdakı hamar hissəsinə günəş nə qədər düşər? Günəşin düşmə bucağı meylliklə birlikdə 54°-dir, yəni şimala meylli olmasaydı o zaman günəş şuası mərkəzə 6° çox düşərdi (54°+6°=60°).

Günəşin düşmə bucağı 60°, enlik 35°şm.e, günəşin zenitdə olduğu enliyi tapaq:

Günəşin zenitdə olduğu enliyə 90° düşür, bucaq fərqini tapaq:

90°-60°=30°

Günəşin zenitdə olduğu enlik 35°şm.e-dən 30° cənubda yəni, 5°şm.e-də yerləşir

22°c.e-də yerləşən məntəqənin meylliyi cənuba doğru 11° olduğu üçün

H=90-22-5=63°

Ərazinin meylliyi 11° cənuba olduğu üçün 63°-11°=52°

Cavab: 52°

Məsələ – 13

Şimal yarımkürəsində yerləşən X məntəqəsində obyektlərin kölgəsi şimal-şərqə düşür. Günün vaxtını tapın:

Şimal yarımkürəsində yerləşən məntəqələr günəşi daima cənubda görür.

Günəş günortadan sonrakı vəziyyətində olanda cismlərin kölgəsi şimal-şərqə düşür.

Cavab: Günortadan sonra

Bir şərh

Bir şərh yazın