Yerin forma və ölçüləri, koordinatlar, azimut və horizontallar.

Yerin forması haqqında ilk fərziyyələr bizim eramızdan əvvəl yaşamış qədim xalqlara – babillərə, şumerlərə və b. aiddir. Yerin kürə formasında olması ilə bağlı ilk mülahizələri Pifaqor, daha sonra Aristotel, Eratosfen, Ptolemey və b. alimlər irəli sürmüşlər. Zaman keçdikcə Yerin forması haqqında təsəvvürlər təkmilləşdi.

İngilis fiziki İ. Nyuton (1642–1727) Yerin qütblərdən basıq, yəni ellipsoid formasında olduğunu söyləmişdir. Qütblərdən basıq olduğu üçün Yer müxtəlif radiuslara malik olur və bu xüsusiyyəti onu kürədən fərqləndirir. Formasına görə heç bir həndəsi fiqura tam uyğun gəlmədiyi üçün Yeri “geoid” də (yun. “yerəbənzər” adlandırırlar. Geoid dəniz səviyyəsinə uyğun xəyali səthdir. Geoidin səthində Yerin relyefi nəzərə alınmır.

geoid

Yerin müasir ölçüləri aşağıdakı kimidir: Yerin ölçüləri:

  1. Yer səthinin sahəsi: 510 mln.km²
  2. Quru səthinin sahəsi: 149 mln.km²
  3. Su səthinin sahəsi: 361 mln.km²
  4. Ekvatorial radius: 6378 km
  5. Qütb radiusu: 6357 km
  6. Yerin diametri: 12 756 km
  7. Ekvator çevrəsinin uzunluğu: 40 076 km
  8. Meridian çevrəsinin uzunluğu: 40 009 km
  9. Yerin qütblərdən basıqlığı – 21 km

 

 Dərəcə toru, coğrafi koordinatlar

Qlobus və xəritə üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir. Dərəcə toru əsasında məntəqələrin dəqiq “ünvan”ı, yəni coğrafi mövqeyi müəyyən edilir. Paralel və meridianlar dərəcə torunun əsas elementləridir. Onların əsasında məntəqələrin coğrafi koordinatları – coğrafi enliyi və coğrafi uzunluğu müəyyən edilir.

Coğrafi koordinatlar

tor

yarimkure

 

Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Onun dərəcə qiyməti 0-90° arasında dəyişir. Ekvatordan şimalda yerləşən məntəqələrin coğrafi enliyi şimal enliyi (şm.e.), cənubda yerləşən məntəqələrin enliyi isə cənub enliyi (c.e.) adlanır.

Coğrafi uzunluq – Qrinviç meridianı ilə verilən məntəqədən keçən meridian arasında qalan paralel qövsünün dərəcələrlə uzunluğudur. Dərəcə ilə qiyməti 0 – 180° arasında dəyişir. Verilən məntəqə Qrinviç meridianından qərbdə yerləşirsə, onun coğrafi uzunluğu qərb uzunluğu (q.u.), şərqdə yerləşirsə, şərq uzunluğu (ş.u.) adlanır.

Image result for latitute and longtitute

Related image                                                                      

Xəritə və qlobusda nöqtələrin coğrafi mövqeyini təyin etmək üçün dərəcə torundan istifadə edilir. Dərəcə toru – meridian və paralellərin qlobus və xəritədə kəsişərək əmələ gətirdikləri şəbəkədir. Coğrafi enliyi təyin etmək üçün verilən məntəqədən keçən paraleli müəyyən etmək lazımdır. Adətən paralellər 10°-dən bir çəkilir və xəritənin kənarında onların dərəcələri yazılır. Bu halda məntəqənin dəqiq enliyini təyin etmək üçün xəritənin kənarındakı çərçivədə verilən dərəcələrdən istifadə etmək lazımdır. Bəzən məntəqə xəritədə göstərilən paralellərin üzərinə düşmür. Məsələn, Moskva 50° və 60° şimal paralelləri arasında yerləşir. Bu paralellər arasındakı məsafə 5 bərabər hissəyə bölünüb. Hər bölgünün 2°-yə bərabər olduğunu nəzərə alaraq, Moskva şəhərinin 56°şm.e.-də yerləşdiyini müəyyən edə bilərik. Coğrafi uzunluğun təyin edilməsi də eyni üsulla, meridianlar arasındakı dərəcələrdən istifadə etməklə yerinə yetirilir.

Yer səthindən keçməklə onun qütblərini birləşdirən ən qısa xəttə meridian deyilir. Meridian latın sözü olub «günorta xətti» deməkdir. Həqiqən də onun istiqaməti günorta çağı cisimlərdən düşən kölgənin istiqamətinə uyğun gəlir. Meridanlar həmişə şimala və cənuba istiqamətlənmiş olur. Bütün meridian çevrələrinin uzunluğu 40009 km (yuvarlaq olaraq 40000km), dərəcə ilə isə 360° –dir. Qütbdən qütbə uzanan meridian qövsünün uzunluğu dərəcə ilə 180°, km-lə isə 20000 km-dir 10-lik meridian qövsünün uzunluğunu tapmaq üçün 20000 km-i 180°-yə bölmək lazımdır. Alınan rəqəm 111,1 km olaçaq ki, bunun köməyi ilə istənilən məntəqənin ekvatordan və ya qütbdən nə qədər aralıda yerləşməsini asanlıqla tapmaq olar.
Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvatorun uzunluğu 40076 km olub mənası «tənbölən» deməkdir. O, ən uzun paralel olub, yeri 2 bərabər hissəyə – Şimal və Cənub yarım kürələrinə bölür. Qlobusda ekvatora paralel çəkilmiş çevrələrə paralel deyilir. Bütün paralellər formasına görə eyni (yəni çevrə), uzunluğuna görə isə müxtəlifdir.  Ekvatordan qütblərə doğru getdikcə paralellərin ölçüsü kiçilir. Buna səbəb Yerin kürə formasında olmasındadır. 10 paralel qövsünün uzunluğu ekvatorda 111,3 km, qütblərdə isə 0 km-dır.

Coğrafi və maqnit qütbləri

 

maqnit
Yerin xəyali oxu ilə Yer səthinin kəsişdiyi nöqtələrə coğrafi qütblər deyilir. Yerin 2 – Şimal və Cənub qütbü var. Bütün meridianlar Yerin coğrafi qütblərində birləşirlər.

Yerin coğrafi qütbləridən başqa 2 maqnit qütbü də var. Yerin maqnit qütbləri sabit olmayıb yerlərini ildə 5-6 km şərqə və ya qərbə doğru dəyişir. Yerin coğrafi qütblərini birləşirlən xəttlə Yerin maqnit qütblərini birləşirlən xətt üst-üstə düşməyib, müəyyən bucaq əmələ gətirir. Bu bucağa maqnit əqrəbinin meyil bucağı və ya inhiraf bucağı deyilir.

Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri təyin edilir. Bu isə dəniz və hava nəqliyyatı vasitələrinin idarə olunmasında mühüm əhəmiyyət kəsb edir. Yerin maqnit oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrə maqnit qütbləri deyilir. Şimal maqnit qütbü Kanada Arktikasında 86° şm.e., 172° q.u.-da, cənub maqnit qütbü isə Antarktidanın Hind okeanı sahillərində Adeli torpağında 64° c.e., 136° ş.u.-da yerləşir (2017). Kompasın əqrəbi Yerin maqnit qütblərinə tərəf istiqamətlənir. Yer qabığını təşkil edən süxurlardan bəziləri cəzbetmə, yəni maqnitlik xassəsinə malikdir. Belə metallara ferromaqnit metallar (dəmir, nikel, titan, kobalt və s.) deyilir. Qütblərdə və ferromaqnit filizlərin olduğu ərazilərdə kompasın əqrəbi işləmir. Bu hadisə maqnit anomaliyası adlanır.

Şimaldakı maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross, cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.

Azimut və üfüqün cəhətləri.

 azimut

 

Qədimdə insanlar istiqamətlərin təyin edilməsi üçün Günəşi ən etibarlı vasitə hesab edirdilər. Onlar bunun üçün günəşin çıxıb-batdığı istiqamətləri əsas götürürdülər. Bu, müasir dövrdə də istiqamətlərin təyin edilməsi üçün ən asan üsuldur. Gecələr də üfüqün cəhətlərini təyin etmək mümkündür. Bunun üçün səmada iri və parlaq ulduzlardan biri olan Qütb ulduzunu tapmaq tələb olunur. Bu ulduz Şimal qütbü üzərində yerləşdiyinə görə şimal istiqamətini göstərir. Cənub yarımkürəsindən Qütb ulduzu görünmür. Hansı enlikdədirsə o enliyin dərəcəsi ilə görunəcəkdir. Məsələn Bakı şəhəri 40° şimal enliyində yerləşdiyi üçün qütb ulduzu 40° bucaq ilə görünəcək.

Günəş və Qütb ulduzundan başqa, üfüqün cəhətlərini yerli əlamətlərə görə də (müxtəlif obyektlərə əsasən) müəyyən etmək olar; məsələn, müsəlman ölkələrində minarələrin qapısı qibləyə, yəni müqəddəs Məkkə şəhərinə tərəf açılır.

qwtb

Qütb ulduzu ən böyük bucaq altında şimal qütbündə görünür

Image result for polar star earth

Üfüqün cəhətlərini dəqiq təyin etmək üçün insanlar kompası ixtira etmişlər. Kompasın əqrəbi daim şimal-cənub istiqamətini göstərir. Bu, Yerin maqnit sahəsi və qütbləri ilə əlaqədardır. Dənizçilər üfüqün cəhətlərini rumb adlandırırlar. Məhəldə cəhəti günəşə, ulduzlara, qnomona, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Bu üsullarla əvvəlcə şimal, sonra isə qalan cəhətlər təyin olunur. Azimutu məhəldə kompasla, planda isə transportirlə ölçürlər. Məhəldə təpənin  hündürlüyünü ölçmək üçün hündürlüyü 1 m olan nivelir adlı cihazdan istifadə olunur.

Horizontallar, mütləq və nisbi hündürlüklər

Yer səthinin 1 nöqtəsinin digərindən nə qədər yüksəkdə olduğunu göstərən hündürlüyə nisbi hündürlük deyilir. Nisbi hündürlüyü nivelir vasitəsilə ölçürlər. Okean səviyyəsindən hesablanan yüksəkliyə mütləq hündürlük deyilir. Planda təpənin, dağın zirvəsinin mütləq hündürlüyü nöqtə ilə qeyd olunaraq, yanında rəqəmlə okean səviyyəsindən olan mütləq hündürlük (metrlə) yazılır. Yer səthi plan və topoqrafik xəritədə horizontallarla təsvir olunur. Horizontallar (izohipslər)-yer səthində okean səviyyəsindən eyni hündürlüyə malik nöqtələri birləşdirən xətlərdir. Əgər yamac dikdirsə, horizontallar planda sıx, maildirsə bir-birindən aralı çəkir. Horizontalların sayının çoxluğu yamacın hündür olmasını göstərir. Planda qonşu horizontalların hündürlük fərqinə kəsmə hündürlük deyilir.
Berqştrix – horizontallara perpendikulyar çəkilmiş xətlər olub, səth axınlarının və yamacın meyllik istiqamətini göstərir. Berqştrixlər planda təpəni təsvir edən horizontallarda kənara, çökəkliyi təsvir edən horizontallarda daxilə doğru yönəlmiş olur. Planda eyni dərinliyə malik olan nöqtələri birləşdirən xəttlərə izobatlar deyilir.

hori

Təpələrin və çökəkliklərin təsvirində mərkəzdə yazılan rəqəm müvafiq olaraq həmin nöqtənin mütləq hündürlüyünü göstərir:

horii

Horizontalların arasındakı məsafə yamacın dikliyini göstərir:

diktepe.png

Relyefin təsviri

izo2

04-isofield-00_900

izoh

 

Kəsmə yüksəklik 20 m-ə bərabərdir. 

kiyi-cizgisi

I hissədə meyllik çox, V hissədə isə azdır. 

egim

yukseltiye-gore-daralma

 

Hazırladı: Osman Eminov

 

Qeyd:  Müəllimlərin işə qəbulu hazırlıqlarına hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.

Əlaqə nömrələri:📱☎️(+99412) 436 92 67 | (+99455) 787 21 23/24
📍Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.

 Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70

 

 

Bir şərh

Bir şərh yazın