Dünyanın nəqliyyatı-YENİ

Əhəmiyyətinə görə nəqliyyat maddi istehsalın üçüncü sahəsidir. Bu sahə ölkələr arasında coğrafi əmək bölgüsünün əsasını təşkil edir. Beynəlxalq coğrafi əmək bölgüsü (BCƏB) region və ölkələrin müəyyən məhsul və ya xidmət sahəsi üzrə ixtisaslaşması və onun mübadiləsidir. Ölkələr arasında məhsul mübadiləsi nəqliyyatın müxtəlif sahələri vasitəsilə həyata keçirilir.

ETİ dövründə nəqliyyatda konteynerləşmə – yüklərin iri metal qutularda, yəni konteynerlərdə daşınması nəqliyyatın bütün növlərinin inkişafına təkan vermişdir. Nəqliyyat sistemi region və ölkələr üzrə müxtəlifdir. İnkişaf etmiş ölkələrdə nəqliyyat yüksək texniki səviyyəsi və sıxlığı ilə fərqlənir. Dünyada nəqliyyat yollarının uzunluğunun 70-80%-i bu ölkələrin payına düşür. Son onilliklərdə inkişaf etməkdə olan ölkələrin nəqliyyat sistemində müsbət dəyişikliklər baş versə də, onların çoxunda nəqliyyat iqtisadiyyatın geridə qalan sahəsi olaraq qalmaqdadır. Belə ölkələrdə nəqliyyatın bir və ya iki növü inkişaf etmişdir.

Nəqliyyat dünya təsərrüfatının qan damarlarına bənzədirlər. O, coğrafi əmək bölgüsünün əsasını təşkil edir. ETİ-nin ən çox təsir göstərdiyi sahələrdən biridir. Son illər nəqliyyatın coğrafiayasında xeyli dəyişikliklər baş vermişdir. İlk növbədə dəmiryolu ilə yük dövriyyəsi digər nəqliyyat növlərinin inkişafı ilə əlaqədar olaraq xeyli azalmışdır.

Dəmiryolu- nəqliyyatı əsasən yük daşımasına, İEOÖ-də isə həm yük həm də sərnişin daşınmasına xidmət edir. Uzaq məsafələrə yük daşınmasında çox səmərəlidir. Nepal, Butan, ərəb ölkələrində, Əfqanıstanda, Boliviyada, və s dağlıq ölkələrdə zəif inkişaf edib. Elektrikləşdirilmiş dəmiryolu və boru kəməri ətraf mühüti çirkləndirmir.  Dəmir yollarının uzunluğuna görə ABŞ, Rusiya, Hindistan, Çin, Kanada, Avstraliya fərqlənir. Avtomobil və dəmir yollarının sıxlığı Qərbi Avropa və Yaponiyada daha yüksəkdir. XXI əsrdə irimiqyaslı dəmir yolu layihələri həyata keçirilir. Uzunluğu 10 min km olan Böyük İpək yolu bərpa olunur (İstanbul-Bakı-Daşkənd-Pekin), Asiya-Sakit okean layihəsi isə hazırlanmışdır (Sinqapur-Banqkok-Pekin-Yakutsk-Berinq dənizi tuneli-Vankuver-San-Fransisko). Fransa və Yaponiyada yüksəksürətli qatarlar istehsal olunur və daxili sərnişin daşımalarında əsas yer tutur. Onların sürəti Fransada 585 km/saat, Yaponiyada isə 581 km/saat-a çatır. Ada ölkələrinin çoxunda, dağlıq relyefə malik ölkələrdə və inkişaf etməkdə olan ölkələrin bəzilərində dəmir yolları yoxdur.

demir

ipek

simall

Avtomobil – Şəhərətrafı sərnişin daşınmasında daha çox istifadə edilir. Dağlıq rayonlarla əlaqədə mühüm rola malikdir.   Əsas üstünlüyü yükləri aralıq məsafələrə boşaltmadan istehlakçıya çatdırır. Lakin atmosferi çox çirkləndirir.  Şəhər daxilində, şəhərlər arasında (qapıdan-qapıya) yaxın və orta məsafələrə sərnişin və yük daşımalarında daha əlverişli nəqliyyat növüdür. Avtomobil nəqliyyatı yaxın və orta məsafələrə sərnişin və yüklərin daşınmasında xüsusi əhəmiyyətə malikdir. Uzunluğuna görə bütün yolların yarısı ABŞ, Rusiya, Hindistan, Braziliya, Çin və Yaponiyanın payına düşür.

Son zamanlar bu nəqliyyat növü İEOÖ-də də sürətlə inkişaf edir. Məsələn: Resifi (Braziliya) və Lima (Peru) şəhərləri arasında salınmış TransAmazon magistral yolu Latın Amerikası ölkələrinin iqtisadiyyatının inkişafında böyük rol oynamağa başlamışdır. Son dövrlərdə yaxın və orta məsafələrə yük daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə olunur səbəb: yükgötürmə qabiliyyətinin və sürətinin artmasdır.

pan

afrika

Boru kəməri- Boru kəməri nəqliyyatı neft və təbii qazın hasilatının sürətlə artması, həmçinin hasilat və istehlak rayonlarının bir-birindən uzaqda olması ilə əlaqədar inkişaf etməyə başlamışdır. Ən uzun boru kəmərləri MDB ölkələrində, Kanada, ABŞ və Yaxın Şərq ölkələrində (Cənub-Qərbi Asiya) yerləşir. Aralıq dənizindən Əlcəzair-İtaliya, Əlcəzair-İspaniya qaz kəmərləri çəkilmişdir.

ceyhan

Bakı-Supsa və Bakı – Novorosisk neft kəmərləri

Azerbaycan milyonları itirmek erefesinde - Azadliq Xeber

  TAPnab

Dəniz nəqliyyatı- Dünya nəqliyyat sisteminin ən mühüm tərkib hissəsi dəniz nəqliyyatıdır (a) . Beynəlxalq yükdaşımaların 80%-i bu nəqliyyat vasitəsilə həyata keçirilir. Dəniz yolları ilə, əsasən, neft və neft məhsulları, kömür, filiz, taxıl və s. daşınır. Dəniz daşınmalarını dəniz ticarət donanması həyata keçirir. Dəniz ticarət donanması ölkənin yük gəmilərinin məcmusuna deyilir. Dünya ticarət donanmasına inkişaf etməkdə olan ölkələr – Panama və Liberiya başçılıq edir. Buna səbəb əksər inkişaf etmiş ölkələrin bir az köhnəlmiş gəmilərinin öz ölkələrində yüksək vergi ödəmək istəmədikləri üçün Panama və Liberiya, həmçinin digər kasıb ölkələrin bayrağı altında (“ucuz bayraq”) üzməsidir. Bu yolla daşınan yüklər üçün alınan haqq fraxt adlanır.deniz

Dəniz nəqliyyatında limanların rolu böyükdür. Dünyada 2,2 mindən çox dəniz limanı vardır. Onların arasında yük qabiliyyəti ildə 50 milyon tondan çox olan 50 ən böyük liman fərqlənir. Son illərin göstəricilərinə əsasən, yük dövriyyəsinə görə dünyanın ən böyük limanları Asiyada, xüsusilə Çində (Şanxay, Quançjou, Sindao, Tyanszin) yerləşir. Bu limanlar Sinqapur, Avropa (Rotterdam-Niderland) və Şimali Amerika (Yeni Orlean – ABŞ) limanlarını geridə qoymuşdur.

Dəniz nəqliyyatı beynəlxalq ticarəti təmin etsə də, sərnişin daşınmasında az iştirak edir. Hava nəqliyyatı orta və uzaq məsafələrə sərnişinlərin, həmçinin təcili və qiymətli yüklərin daşınmasında böyük rola malikdir.

Dəniz yük daşımalarında əsas yeri Atlantik okeanı tutur. Daşınan yüklərin yarısı bu okeanın payına düşür. Yaponiya, Çin, ABŞ-ın qərb rayonları və Avstraliyada yükdaşımaların artması ilə bağlı Sakit okeanın rolu getdikcə artır.

Dəniz nəqliyyatında kanalların da rolu böyükdür. Onlardan ən mühümləri Süveyş, Panama və Kil kanallarıdır. La-Manş, Cəbəlüttariq, Hörmüz, Malakka boğazları dəniz nəqliyyatında ən çox istifadə edilən boğazlardır.

dunya d'niz

Ən böyük dəniz donanmaları:

Yaponiya, ABŞ, Rusiya, Liberiya, Panama, Böyük Britaniya, AFR, Fransa, Norveç və Yunanıstandır. Liberiya və Panama dəniz donanmalarının bu siyahida olması İEÖ gəmilərinin daha az vergi ödəmək məqsədilə “ucuz bayraq” prinsipinə uyğun olaraq, göstərilən ölkələrdə qeydiyyatdan keçməsinə səbəb olur. Gəmilərə edilən qulluq, onlardan alınan vergi, icarəyə götürülməsindən alınan gəlirlər və s fraxt, açıq dənizdə müasir cihazlar vasitəsilə öz hərəkət istiqamətlərini təyin emələri isə naviqasiya adlanır.

                                                          Ən böyük dəniz limanları

Rotterdam- Niderland

Yeni Orlean- ABŞ

Marsel- Fransa

Hamburq- AFR

Antverpen- Belçika

Kobe və Naqoya- Yaponiya

Sinqapur- Sinqapur

Kəraçi- Pakıstan

Bəsrə – İraq

Pusan- Koreya

Hindistan-Kəlküttə, Mumbay

Qeyd: Son dövlərdə dəniz nəqliyyatında Sakit okeanın payı artmışdır. Səbəb: Yaponiyanın sürətli inkişafı, ABŞ və Kanadanın qərb hissələrinin sürətli inkişafı və Yeni sənayeləşmiş ölkələrin inkişafı( Malayziya, İndoneziya, Tailand və s)

Çay-göl nəqliyyatı.  Azərbaycanda zəif inkişaf etmişdir. İnkişafında suni yaradılmış su obyektlərinin təsiri böyükdür. Əsasən, Müqəddəs Lavrenti, Reyn, Dunay, Oder, Elba, Volqa, Missisipi, Yantsızı, Qanq, Bramhaputra, Mekonq, Ob, Yenisey, Lena, Nil, Parana və s çaylarında inkişaf edir

Çay-göl nəqliyyatının inkişafında Volqa-Don, Volqa-Baltik, Ağ dəniz- Baltik, Göl nəqliyyatı ən çox Böyük Göllər və Xəzərdə inkişaf etmişdir.

Çay gəmiçiliyinin inkişafına müsbət təsir edir:

  1. Çay yatağında astana və şəlalələrin olmaması
  2. Bütün il boyu bolsululuq
  3. Çay yatağının meyilliyinin az olması

Hava nəqliyyatıHava nəqliyyatı ən gənc və dinamik nəqliyyat növüdür. Hava nəqliyyatında yükdaşımalara görə daha çox Şimali Amerika və Qərbi Avropa, ölkələr üzrə isə ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Çin və Fransa seçilir. Hava nəqliyyatının coğrafiyası hava limanlarının şəbəkəsi ilə müəyyən olunur. Dünyanın ən böyük hava limanları: ABŞ-da (Atlantada Hartsfild-Cekson; Çikaqoda O-Hara), Çində (Pekində Şoudu), Avropada (Londonda Hitrou, Frankfurtda Reyn-Mayn, Parisdə Şarl de-Qoll) və Yaponiyada (Tokioda Haneda) yerləşir. Qitələrarası sərnişin daşınmalarında hava nəqliyyatı birincidir. Hava xətlərinin ən böyük hissəsi Atlantik okeanı üzərindən keçir.

Hazırladı Osman Eminov

Online dərslərə qoşulmaq üçün yazın:

(055 534-81-70)

Bir şərh yazın