Yer səthinin relyefi

 Relyef yer səthinin nahamarlıqlarının cəmidir. Geomorfologiya elmi öyrənir. Geomorfoloji xəritələrdə relyef formaları və tipləri təsvir edilir. Relyef iki prosesin təsiri ilə yaranır.

  1. Endogen- daxili. Dağarası çökəkliklər, vulkan, okean novları, vulkan kraterləri, qırışıq dağlar, adalar qövsü, sinklinallar, antiklinallar, qraben, horst və s.
  2. Ekzogen– xarici. Abrazion terras, qobular, gətirmə konusu, yarğan, qobu, karst, antropogen amillər və s.

                      Düzənliklər

Yer səthinin nisbətən hamar sahələri düzənlik adlanır. Mənşəyinə görə düzənliklərin iki tipi olur: denudasion və akkumulyativ. Denudasion (“çılpaqlaşma”) düzənliklər dağlıq ərazilərdəki süxurların aşınıb-parçalanıb dağılması və alçaq yerlərə aparılması nəticəsində onların yerində yaranır. Onlara əsasən qədim kristallik süxurlardan ibarət olan yüksək ərazilərdə yaranan yaylalar aiddir. Qərbi Avstraliya, Braziliya, Dekan, Orta Sibir, Qobi, Kolorado və s. yaylalarını buna misal göstərmək olar. Bəzən denudasion düzənliklərdə şahid dağlar formalaşır. Əhəqqar, Tibesti, Darfur Şimali Afrikada denudasiya nəticəsində əmələ gəlmiş şahid dağlardır.

Akkumulyativ (“toplanma”) düzənliklər Yer qabığının çökək sahələrində süxurların toplanması və səthin hamarlanması nəticəsində yaranır. Akkumlyativ düzənliklər ovalıqlara uyğun gəlir. Onlar eroziya, buzlaq, çay, dəniz mənşəli olur.

Dünyanın ən böyük ovalıqları – Amazon, Missisipi, Qərbi Sibir, Xəzərsahili, Turan, La-Plata, Şərqi Çin, Mərkəzi düzənlik, Şərqi Avropa, Kür-Araz və s. akkumulyativ düzənliklərdir.

Düzənliklər mütləq hündürlüklərinə görə üç qrupa bölünür:
1. Ovalıq — mütləq hündürlüyü 200m-ə qədər olan düzənlikdir. Okean (dəniz) səviyyəsindən aşağı olan ovalıqlar çökəklik adlanır. Yer kürəsinin ən böyük ovalıqları: Amazon, Missisipi, Orinoko, La-Plata, Atlantiksahili, Meksikasahili, Mesopotamiya, Hind-Qanq, Kür-Araz, Qərbi Sibir, Orta Dunay, Xəzəryanı, Turan, Mərkəzi Avstraliya və s.
2. Yüksəklik-mütləq hündürlüyü 200m-500m arası olan düzənlikdir. Mərkəzi, Böyük (Şimali Amerika) Şərqi Avropa, Gəncə-Qazax və s.
3. Yayla — mütləq hündürlüyü 500m-dən çox olan düzənlikdir. Tibet, Anadolu, İran, Orta Sibir, Tibet, Anadolu, Dekan, Qarabağ, Braziliya, Qviana,Pataqoniya, Meksika, Kolorado, Efiopiya, Şərqi Afrika, Qərbi Avstraliya və s.

Ölçülərinə görə relyef formaları

Ölçülərinə görə relyef formaları 5 qupa bölünür.

  1. Planetar relyef forması- Materiklər, Okeanlar, orta okean dağ silisləsi, And-Kordilyer, Alp-Himalay.
  2.  Meqa relyef formaları– And, Alp, Qafqaz, Himalay, Mesopotomiya ovalığı, Braziliya yaylası, Tyan-Şan dağları və s.
  3. Makro relyef forması– meqarelyefin kiçik hissələri, Baş Qafqaz, Yan Silsilə, Qovdağ, Niyaldağ, Muğan düzü, Şirvan düzü, Şollar düzü, Lənkəran ovalığı, Qarabağ silsiləsi və s.
  4.  Mezo relyef forması– əsasən ekzogen proseslərdən yaranır. Çay dərələri, kanyonlar, troq dərələr, morenlər, yarğan, qobu moren tirələri və s.
  5.  Mikro – daha kiçik relyef formasıdır. Karst qıfı, barxan, dyun və s.

Morfostruktur –  endogen proseslər hesabına yaranan relyef formalarına deyilir.(planetar, meqa, makro)

Morfoskluptur- ekzogen prosesslərin hesabına yaranan relyef formalarıdır.( moren, çay dərəsi, karst mağarası, meteor krater və s.

Ekzogen relyef formaları

Buzlaq

Ekzarasiya

Çaylar Küləklər

Eol- deflyasiya

Yeraltı sular  Arid-denudasyon
Troq dərə Çay dərəsi Qum təpələri Karst mağarası Yarğan
Morenlər Delta Barxanlar Sürüşmələr Qobu
Karlar Məcra Dyunlar Bedlend
Sirklər Estuari
Terraslar
Kanyonlar

Buzlaq( Ekzarasiya) relyef formalarının ən çox yayıldığı ərazilər– Şərqi Avropa, Kola yarımadası, Taymır, Hudzon körfəzinin ətrafı, Almaniya-Polşa ovalığı və s

Deflyasiya –eol, relyef formalarının ən çox yayıldığı ərazilər səhra və yarımsəhra əraziləridir. Şimali Afrika, Ərəbistan, Turan ovalığı, Qobi səhrası, Atakama səhrası, Liviya səhrası, Hind çayının hövzəsi, Qərbi Avstraliya və s.

Su eroziyasının ən çox yayldığı ərazilər– Cənub –Şərqi Asiya, Amazon və Konqo çayları, Qərbi Sibir ovalığı və s.

Dağıdıcı relyef formaları-məcra,şəlalə, astana

Yaradıcı reyef formaları (akkumliyativ) – gətirmə konusu, akkumliyativ çay terrası, allüvial düzənlik, moren tirələri və s.

Qeyd: Qabarıq morfostruktur daxilində yaranan mənfi relyef formaları- kanyon, erozion terras, troq dərələri, yarğan

Dağlar

Qurunun əsas relyef formalarından biri dağlardır. Zirvə- Dağların ən yükəsk hissəsidir. Qədim dağlar daha çox aşınmaya məruz qaldığı üçün zirvələri daha hamardır  Pik –  dağların şiş uclu zirvəsinə, Dağ yalı – sıra dağların ən hündür hissəsinə deyilir. Aşırım – nisbətən az yüksəkliyə malik olan, keçid üçün əlverişli olan hissəsinə deyilir. Ətək – dağın ən aşağı və düzənliyə qovuşan hissəsinə deyilir. Yamac – Dağın zirvəsi ilə ətəyi arasında olan meyilli hissəsinə deyilir.

Mütləq yüksəkliyinə görə dağlar 3 yerə ayrılır.

1.Alçaq dağlar – hündürlüyü 1000m-ə qədər.məs: Bozdağ, Çobandağ .

2.Orta hündürlüklü dağlar – 1000- 2000 m -ə qədər.məs:Ural

3. Hündür dağlar – 2000m-dən yüksək. Məs: Pamir, Karpat, And, Himalay .

And dağları – 6960 m, Kordilyer dağları  6194 m, Alp dağları 4807m, Qafqaz dağları 5642 m, Ural dağları 1895 m, Böyük Suayrıcı dağları 2228 m, Appalaç dağları 2037 m, Altay dağları 4506 m, Tyan-Şan dağları 7439 m, Sayan dağları 3495 m, Qaraqorum dağları 8611 m, Pamir dağları 7495 m, Atlas 4165 m, Himalay dağları- 8848m, Hindiquş dağları 7708 m,  Karpat dağları 2655 m, Kopetdağ- 3117 m.

Dağlar mənşəyinə görə qırışıq və və vulkanik dağlara bölünür:

Vulkanik dağlar. Bu dağlar vulkanların fəaliyyəti nəticəsində yaranır. Adətən, belə dağlar silsilə yaratmır və konus formasında olur. Nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarındakı Mauna-Kea dağıdır (10040 m). Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Kotopaxi və s. vulkanların fəaliyyəti nəticəsində yaranan dağlardır.

Qırışıq dağlar Kaynazoy erasında formalaşan cavan dağlardır. Bu erada alp dağəmələgəlmə mərhələsi baş verib. Məs: And, Himalay (Nepal), Alp, Qafqaz, Karpat, Piriney, Apennin, Atlas, Pamir, Hindiquş, Krım, Kopetdağ və s. Qırışıq dağlar litosfer tavalarının sərhədlərində yaranan dağlardır. Onuda qeyd edək ki Alp – Himalay geosinklinalında fəaliyyətdə olan vulkanlara rast gəlinmir

Qırışıq – faylı dağlar– qədim dağlardır. Baykal, Kaledon, Hertsin dağəmələgəlmə mərhələlərində yaranmışlar. Kaledon və Hertsin dağəmələ gəlmə mərhələsi Paleozoy dövründə baş verib. Məsələn: Ural (Avropa ilə Asiyanın sərhəddində), Appalaç, Skandinaviya, Əjdaha, Kap, Baykal ətrafı dağlar, Böyük Xinqan, Böyük Suayrıcı, Tyan-Şan, Altay, Sayan.

Qeyd : Tyan- Şan, Altay, Sayan dağları geoloji cəhətdən qədim olmasına baxmayaraq burada güclü zəlzələlər baş verir, mütləq yüksəkliyi çoxdur. Səbəb : Kaynazoy erasinda yerniden qalxmaya məruz qalıblar.

Mezozoy erasında yaranan dağlarda qədim dağlara aiddir. Bu erada Kimmeri dağəmələ gəlmə mərhələsi olmuş və Şimali Amerika və Avrasiyada mezozoy erasına məxsus qədim dağlar yaranmışdır: Verxoyansk, Çersk, Tibet, Kun-Lun . Şimali Amerikada isə Kordilyerin şərq hissəsi Qayalı dağlar bu erada yaranıb.

Cavan dağlar hündür və kəskin parçalanmış olur. Qədim dağlar xarici qüvvələrin təsiri ilə dağıldığından hündürlükləri az olur və nisbətən zəif parçalanır

Okean dibinin relyefi

Okean dibi relyefinin ən böyük formaları okean platformalarının düzənlikləri və orta okean dağ silislələridir.

  1. Materik dayazlığı və ya şelf. materiklərin sualtı davamında – 200 m-ə qədər dərinliyi əhatə edir.Səthi nisbətən hamar və az meyllidir, əsasən, materik mənşəli çökmə süxurlarla örtülmüşdür. Qranit qata malikdir. Şimal buzlu okeanın dənizlərində şelf zonası daha çoxdur. Barens, Kara, Laptevlər, Şərqi Sibir, Çukot və s. Akkumliyativ düzənliklərdən ibarətdir.2. Materik yamacı – 200 m-dən 2500-3000 m dərinliklər arasında yerləşir.Meylliyi böyükdür, çökmə süxur qatı nisbətən nazikdir, qranit qata malikdir. Materik yamacının ətəyi materik və okean tipli Yer qabığının sərhədi sayılır. Səthi kanyonvari dərələrlə parçalanmışdır. Qranit qatı var.
  1. Okean yatağı (abissal düzənliklər) – 3000-6000 m dərinliklər arasında yerləşir.Okean dibinin əsas hissəsini tutur. Səthi nisbətən hamardır. Okean tipli qabığa malikdir (qranit qat yoxdur). Səthi okean mənşəli çökmə süxurlarla örtülmüşdür.
  2. Orta okean silsilələri – litosfer tavalarının ayrılma( divergent) sərhədlərində yerləşir.Okean yatağı düzənlikləri üzərindən 2-3 km ucalır, bəzi hallarda zirvələri su səviyyəsindən yuxarı qalxır və adalar (İslandiya) yaranır. Mərkəzi hissədə rift dərəsi yerləşir, burada süxurların yaşı daha cavandır. Fəal seysmikliyə malikdir.
    5. Okean novları – materik və okean tavalarının toqquşma sərhədində yerləşir.Ensiz(20-50 km) və dərin (7-8 km) olur.                                                     Hazırladı:  “Kainat Tədris Mərkəzinin” Coğrafiya müəllimi Osman Eminov
Advertisements

One comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma